Medianews.az
Qəhvədən aslı olmağımızın
71 baxış

Qəhvədən aslı olmağımızın əsl SƏBƏBİ

Psixoloq Mariya Ros insanların gümrah olmaq üçün gün ərzində bir neçə fincan qəhvə içmək istəyinin əsl səbəbini açıqlayıb. 

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əsas problem səhər oyanan kimi dərhal telefonu yoxlamaq vərdişidir. Sosial şəbəkələr, bildirişlər və tələskənlik beyində sürətli dopamin ifrazına səbəb olur və orqanizmin təbii enerji balansını pozur. Nəticədə insan özünü gün boyu tükənmiş hiss edir.

Mariya Ros qeyd edir ki, çoxları bu yorğunluğu aradan qaldırmaq üçün kofeinə əsas enerji mənbəyi kimi sığınır. Halbuki, səhəri telefonsuz və stressiz açmaq günün daha enerjili keçməsini təmin edir. Qəhvə isə asılılıq yox, sadəcə zövq vasitəsi olmalıdır.

Medianews.az

Bizə qoşulun