Bir sıra insanlar qulunc qırmaq,boyun dartmaq və bu kimi üsullardan istifadə etməklə baş,boyun ağrısından,qulaqdakı cingiltidən xilas olacağını düşünür.
Bəs,bu hərəkətlər bizə hansı mənfi nəticələri verə bilər?

Mövzu ilə bağlı Oxu24.com-a danışan nevroloq Nailə Ələkbərova bildirib ki,sözügedən hərəkətlər insulta səbəb ola bilər.
"Bu prosesdən bir neçə saat,yaxud bir neçə gün sonra insan isult keçirə bilir. Beyni qidalandıran boyun bölgəsindən qalxan ana damarların divarının tamlığının pozulması nəticəsində bir pıxtı atdığında həmin əlaqəli beyin şöbələrinin artıq fəaliyyəti itir.Yəni,insan insult keçirir və bunun əslində heç o hərəkətlərlə əlaqələri olduğu da ağlımıza gəlməyə bilər.Bu bizim təcrübəmizdə çox rast gəlinir.Ona görə də insanları bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edirik ",-deyə nevroloq bildirib.