Medianews.az
Rahiblər qəzaya düşdü:
184 baxış

Rahiblər qəzaya düşdü: 8 ölü, 13 yaralı

Tailandın şimal-şərqindəki Mukdahan əyalətində pikapın rahiblərdən ibarət qrupu vurması nəticəsində 8 nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.

Bu barədə polisə istinadən "Khaosod" nəşri məlumat yayıb.

Xilasedicilər, polis və təcili yardım xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yolda və yol kənarında rahiblərin meyitləri aşkar edilib. Rahiblərdən 5-i hadisə yerində, 3-ü isə sonradan xəstəxanada həyatını itirib. Yaralanan 13 rahib ən yaxın xəstəxanaya çatdırılıb.

Polisin ilkin araşdırmasına əsasən, pikapın sükanı arxasında yetkinlik yaşına çatmayan şəxs olub.//Bakıvaxtı.az

Bizə qoşulun