Medianews.az
Raket gərginliyi:
121 baxış

Raket gərginliyi: Hakan Fidan İrana xəbərdarlıq etdi

Hatay ərazisinə raket qalıqlarının düşməsi ilə bağlı insidentdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı aparıb.

Medianews.az xəbər verir ki, Hakan Fidan Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı rəsmi Ankaranın mövqeyini İranın xarici işlər naziri Abbas Araghchiyə çatdırıb.

Türkiyə tərəfi regionda gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

Xatırladaq ki, İrandan buraxıldığı bildirilən ballistik raket Türkiyə hava məkanına yaxınlaşarkən müdafiə sistemləri tərəfindən havada məhv edilib. Hadisə zamanı raketin bəzi qalıqları Hatay vilayətinin Dörtyol rayonuna düşüb.

Medianews.az

Bizə qoşulun