Medianews.az
Bircə Türkiyə qalmışdı -
123 baxış

Bircə Türkiyə qalmışdı - Bu hadisə Ankaranın mövqeyində dəyişikliyə səbəb olacaq

“Bircə Türkiyə qalmışdı. İran müharibə əleyhdarı, danışıqlar tərəfdarı olan qonşusuna da raket atdı”. Politoloq Elxan Şahinoğlu İrandan buraxılan ballistik raketin Türkiyə hava məkanına yaxınlaşarkən müdafiə sistemləri tərəfindən havada məhv edilməsi hadisəsini Medianews.az-a şərh edərkən belə deyib.

O bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan son müsahibəsində İranın hara gəldi raket atmasını nəzərdə tutaraq “mən batıramsa, qoy bütün bölgə batsın” cümləsində haqlı idi: “Türkiyənin siyasi dairələri və ictimaiyyəti İrana qarşı müharibənin ilk günlərindən ABŞ və İsraili qınayırlar. Ancaq Körfəz ölkələrinə və ardınca Türkiyəyə atılan raketlər qardaş ölkənin mövqeyində dəyişikliyə səbəb olacaq. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyinin də strateji müttəfiqimizə dəstək bəyanatının zamanı yetişib”.

Xatırladaq ki, İrandan atılan və Türkiyəyə istiqamətlənən ballistik raket Aralıq dənizinin şərqində NATO HHM sistemi tərəfindən vurulub. Raketin qalıqları Türkiyənin Hatay vilayətinin Dördyol rayonuna düşüb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçıya zəng edərək rəsmi etirazını ifadə edib. Türkiyə Müdafiə Nazirliyi isə ölkənin cavab haqqı olduğunu vurğulayıb.

 Medianews.az

Bizə qoşulun