ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. İyunun 14-də futbolsevərləri dörd maraqlı qarşılaşma gözləyir.
Medianews.az xəbər verir ki, günün ilk oyununda Braziliya və Mərakeş milliləri üz-üzə gələcəklər.
Daha sonra Haiti Şotlandiya ilə, Avstraliya Türkiyə ilə, Almaniya isə Kürasao ilə qarşılaşacaq.
14 iyun tarixində keçiriləcək oyunlar (Bakı vaxtı ilə):
Braziliya – Mərakeş — 02:00
Haiti – Şotlandiya — 05:00
Avstraliya – Türkiyə — 08:00
Almaniya – Kürasao — 21:00
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnir iyulun 19-dək davam edir.
Medianews.az