Futbol üzrə dünya çempionatının qrup mərhələsində ev sahiblərindən olan ABŞ yığması Paraqvayı darmadağın edib və 96 illik fasilədən sonra DÇ-da ilk dəfə rəqibini üç top fərqi ilə məğlub etməyi bacarıb.
Bu barədə ESPN nəşri məlumat paylaşıb.
Qeyd edək ki, Los-Anceles şəhərində yerləşən "SoFi" arenasında keçirilən görüş ABŞ millisinin 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, 1930-cu ildə ABŞ seçməsi Belçika (3:0) və Paraqvay (3:0) üzərində böyükhesablı qələbələr qazanmışdı. O vaxtdan etibarən, düz 96 il ərzində milli komanda dünya çempionatlarında üç qol fərqi ilə qalibiyyət əldə edə bilmirdi.
Həmçinin, bir matçda vurulan dörd qol ABŞ yığmasının dünya çempionatları tarixindəki yeni rekordu kimi qeydə alınıb.
Ev sahiblərinin heyətində Covanni Reyna bir qol, Folarin Baloqun isə dubl edib. Qonaqların futbolçusu Damyan Bobadilya avtoqolla yadda qalıb. Paraqvayın yeganə qoluna isə Maurisio imza atıb.//Oxu.Az