Medianews.az
Gömrükçülər buraxıldı -
135 baxış

Gömrükçülər buraxıldı - Rəis müavini həbs edildi

İyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Medianews.az xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb.
Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi.
Faktla bağlı araşdırmalar davam edir.(Bakupost)

Bizə qoşulun