Mədə qanaması keçirərək reanimasiyaya düşən məşhur türkiyəli sənətçi Haluk Levent xəstəxanadan buraxılıb.
Bu barədə Medianews.az Oxu.Az-a istinadən xəbər verir.
Məlumata görə, müğənninin müalicəsi başa çatıb və özünü yaxşı hiss edir. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Xatırladaq ki, Haluk Levent Eskişehirdəki konsert proqramından sonra AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) rəsmiləri ilə görüşə gedərkən yolda özünü pis hiss etmiş və dərhal Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılmışdı. Sənətçinin mədə qanaması keçirdiyi müəyyən olunmuş və reanimasiyaya yerləşdirilmişdi.