Medianews.az
Ronaldo Corcinaya milyonluq sürpriz etdi -
71 baxış

Ronaldo Corcinaya milyonluq sürpriz etdi - Bu dəfə ona...

"Yeni Sabah" xəbər verir ki,  Ronaldo Qırmızı dənizdə yerləşən, materikdən təxminən 16 mil uzaqlıqda olan Nujuma adasında iki eksklüziv villa alıb. Bu ada Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan təxminən 800 mil məsafədə yerləşir və yalnız elit istirahət üçün nəzərdə tutulub.

Dənizin üzərində dairəvi formada salınan ada tamamilə lüks konsepsiya əsasında qurulub. Ronaldonun seçdiyi villaların hər birinin dəyəri 3,5 milyon funt sterlinqə yaxın olub ki, bu da Azərbaycan manatı ilə 8 milyon manatdan artıqdır. Tikililərin layihəsi dünyaca məşhur memar Lord Norman Fosterə məxsusdur.

Villalardan biri üç yataq otaqlıdır və yalnız Ronaldonun ailəsi üçün istifadə ediləcək. Digər yaşayış məkanı isə iki yataq otağına sahibdir.

Adada qolf sahəsi, yüksək səviyyəli restoranlar, eləcə də müxtəlif dəbdəbəli istirahət və sosial zonalar mövcuddur. Gələcək mərhələdə isə burada daha 11 yeni istirahət kompleksinin açılması planlaşdırılır.

Bizə qoşulun