Medianews.az
Sabirabadda ağır qəza: 7 nəfər həlak olub
106 baxış

Sabirabadda ağır qəza: 7 nəfər həlak olub

Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az-ın məlumatına görə, yük avtomobili idarəetmədən çıxaraq diametri 530 mm olan “Azadkənd–İmişli” magistral qaz kəmərinin 38-ci kilometr hissəsinin üzərinə aşıb. Hadisə nəticəsində 7 nəfər qəza yerində həyatını itirib.

Qaz kəməri deformasiyaya uğrasa da, ilkin ehtimala görə, qaz kəmərində sızma qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun