Medianews.az
Seçimini etdi:
89 baxış
Yüklə

Seçimini etdi: "Liverpul"u "Real"dan üstün tutdu

"Liverpul"un müdafiəçisi İbrahima Konate mövcud müqaviləsinin son aylarına yaxınlaşdıqca komandada qalmağa daha çox meyl göstərir.

Bu barədə "L'Equipe" məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı fransalı futbolçu 2026-cı il dünya çempionatından əvvəl sözləşməsini uzatmaq istəyir. Ona "Real"ın marağı olsa da, Konate yeni sözləşmə imzalamağa daha yaxındır.

Qeyd edək ki, Konate 2021-ci ilin iyulundan “Liverpul”da çıxış edir. Onun hazırkı müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

2025/26 mövsümündə müdafiəçi 42 oyunda meydana çıxıb və 2 qol vurub. Onun bazar dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro qiymətləndirilir.

Bizə qoşulun