Medianews.az
Şəmkirdə avtomobillər toqquşdu -
43 baxış

Şəmkirdə avtomobillər toqquşdu - Ölən var

Şəmkirdə iki avtomobil toqquşub.

Hadisə fevralın 24 saat 16 radələrində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Fəxrəddin idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində ötmə əməliyyatı edərək əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn 1976-cı il təvəllüdlü Mustafayev Kamil İbrahim oğlunun idarə etdiyi "Mitsubishi L200" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü F.Məmmədov Şəmkir RMX-da ölüb, VAZ 2106 markalı avtomobildə sərnişin qismində olan 1963-cü il təvəllüdlü Natella Səlimova isə xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb./Trend.Az

Bizə qoşulun