Türkiyəli aktrisa Deniz Baysal ilə müğənni Barış Yurtçu haqqında yayılan boşanma iddiaları gündəmdən düşmür.
Demokrat.az xəbər verir ki, uzun müddətdir ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük mövzu ilə bağlı hələ də rəsmi açıqlama verməyib. Lakin Barış Yurtçunun sosial şəbəkə hesabında paylaşdığı fikirlər yeni müzakirələrə səbəb olub.
Müğənni paylaşımında "sevilmədiyini qəbul etməyin çətin olmadığını, amma sevildiyini zənn edib sonradan məyus olmağın daha ağır hiss olduğunu" vurğulayıb. O, həyatını kiminlə paylaşacağını düzgün seçməyin vacibliyindən də bəhs edib.
Sosial şəbəkə istifadəçiləri bu sözləri son vaxtlar yayılan boşanma iddiaları ilə əlaqələndiriblər. Cütlüyün susqun qalması isə söz-söhbətləri daha da artırıb.
Qeyd edək ki, son həftələrdə Türkiyə mətbuatında Deniz Baysal və Barış Yurtçunun münasibətlərində problemlər yaşadığı, hətta ayrılıq qərarı verdiyi barədə xəbərlər yayılıb. Bununla belə, tərəflər bu iddiaları nə təsdiqləyib, nə də təkzib ediblər.
02.07.2026, 06:33
319
baxış
Zara Editor