Rusiyada “Teleqram” messencerinə qarşı məhdudiyyətlərin güclənməsi hakimiyyətyönlü media kanallarının auditoriyasına da ciddi təsir göstərib.
Medianews.az “Meduza” internet nəşrinə istinadla bildirir ki, mart ayında Kremlin alovlu təbliğatçısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanın teleqram kanalındakı paylaşımlara baxış sayı fevral ayı ilə müqayisədə 52,3% azalıb.
RT telekanalının telegram səhifəsində isə baxış sayı 42% düşüb.
Rusiya hakimiyyəti “Teleqram” istifadəçilərini yerli “Max” messencerinə keçməyə təşviq edir. Amma bu proses zəif gedir.
Simonyanın telqramdakı kanalının 537 min, “Max”dakı platformasının 165 min abunəçisi var.
RT hər il Rusiya büdcəsindən təxminən 32-33 milyard rubl maliyyə alır.
Hakimiyyətə yaxın KİV-lərin və bloqçuların teleqram kanalları arasında baxış sayının ən çox azalması “Kreml.Novosti” kanalında qeydə alınıb – burada geriləmə 68,1% təşkil edib.