Medianews.az
“Sizin etdiyiniz tamamilə
48 baxış
Yüklə

“Sizin etdiyiniz tamamilə təlxəklikdir”

Ağ Ev ABŞ-nin İrana qarşı nüvə silahından istifadə etməyə hazırlaşması barədə mediada yayılan xəbərləri kəskin şəkildə təkzib edib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə rəsmi bəyanat rəhbərliyin “X” sosial şəbəkəsindəki “Rapid Response” səhifəsində paylaşılıb.

Məlumata görə, “Huestaurant” veb-saytı vitse-prezident C.D. Vensin bir videosunu yayaraq, onun “ABŞ-nin hələ də İrana qarşı istifadə etmədiyi vasitələrə sahib olduğu” fikrini nüvə silahına işarə kimi qələmə verib.

Ağ Evin cavabında isə bu iddialar sərt dildə tənqid olunub:

“Vitse-prezidentin dediklərinin heç biri bunu nəzərdə tutmur, amma sizin etdiyiniz tamamilə təlxəklikdir”.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar fonunda Tehran regiondakı Amerika bazalarına və müttəfiq ölkələrə raket zərbələri endirib. İran tərəfi də həmçinin Vaşinqtonu mülki obyektləri hədəf almaqda ittiham edir.

Bizə qoşulun