Medianews.az
Soyuducuda duz saxlamağın
93 baxış

Soyuducuda duz saxlamağın gizli faydası

Mütəxəssislər bildirirlər ki, duzu soyuducuya qoymaq xoşagəlməz qoxuları və artıq nəmişliyi aradan qaldırmaq üçün sadə, amma təsirli üsuldur.

Medianews.az xəbər verir ki, kimyəvi baxımdan duz havadakı su molekullarını özünə çəkir, mikrobların çoxalmasını ləngidir və bununla da qoxular azalır.

Xarici jurnalist Eva Yaqalskaya qeyd edir ki, duz həm də bəzi qoxu molekullarını adsorbsiya edir və mikroorqanizmlərin böyüməsini çətinləşdirir. Onun təcrübəsinə görə, kiçik bir qabda duz qoymaq və hər 2–3 həftədən bir dəyişmək kifayətdir.

Mütəxəssislər xəbərdarlıq edir ki, duz soyuducunu təmizləmənin alternativi deyil, sadəcə əlavə dəstəkdir. Qoxuların qarşısını almaq üçün məhsulları açıq qabda saxlamamaq və soyuducunu mütəmadi silmək vacibdir.

Medianews.az

Bizə qoşulun