Medianews.az
Sözləri qalmaqal yaratdı -
51 baxış

Sözləri qalmaqal yaratdı - Hülya Avşarın serialını bəyənmədi

Məşhur aktrisa Hande Ataizi açıqlamaları ilə şou-biznes gündəmində yeni mübahisəyə səbəb olub.

Medianews.az xəbər verir ki, o, baş rollardan birində Hülya Avşarın çəkildiyi “Aynı Yağmur Altında” serialı haqqında sərt fikirlər səsləndirib.

Müsahibə zamanı serial barədə danışan Ataizi layihəni tənqid edərək onu “çox zəif və uğursuz iş” kimi qiymətləndirib. Aktrisa bildirib ki, belə bir layihədə yer almaq istəməzdi.

Jurnalistin “Əgər Hülya Avşara təklif olunan rol sizə təklif olunsaydı, qəbul edərdinizmi?” sualına Ataizi qəti cavab verib. O qeyd edib ki, belə bir layihədə oynamaq istəməzdi.

“Allah qorusun, belə bir rolu qəbul etməzdim. Mən yaxşı və keyfiyyətli işlərdə yer almağı sevirəm. Serialı izlədim və çox zəif olduğunu düşündüm. Belə bir layihənin parçası olmaq istəməzdim”, – deyə aktrisa bildirib.

Son olaraq “Taş Kağıt Makas” serialında rol alan Hande Ataizi əlavə edib ki, keyfiyyətsiz layihələrdə iştirak etmək onun prinsipinə ziddir. Onun sözlərinə görə, həm zəif layihəni izləmək, həm də belə bir işin içində olmaq onun dünyagörüşünə uyğun deyil.

Ataizinin bu açıqlamalarından sonra sosial mediada geniş müzakirələr başlayıb. Hülya Avşarın isə bu tənqidlərə cavab verib-verməyəcəyi hələlik məlum deyil.

Medianews.az

Hande Ataizi'nden Hülya Avşar'ın dizisine sert eleştiri: Dizi berbat

Hande Ataizi'nden Hülya Avşar'ın dizisine sert eleştiri: Dizi berbat

Bizə qoşulun