Medianews.az
Toydan sonra açıqladı:
129 baxış

Toydan sonra açıqladı: Qızlarım onu

"Uzun müddətdir biz bir-birimizi tanıyırıq. İki ildir danışırdıq, onu çox istəyirəm. Məndən əlavə qızlarım onu çox istəyir. Hətta məndən çox istəyirlər onu. Heç mən bilmədən gedirlər, gəzirlər".

Medianews.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl üçüncü dəfə ailə quran müğənni Rəvan Qarayev "Qonaqcanlı" proqramında deyib. Səbinə adlı həkimlə ailə quran Rəvan qızlarının xanımı ilə münasibətindən danışıb. O bildirib ki, övladları xanımı ilə gözəl münasibət qurublar:

"Onun bir qız övladı var. Onu öz övladlarımdan ayırmıram. Qızı hazırda Fransadadır, Praqada təhsil alır. Ürəyim çox da sınmayıb. Böyük problem yaşamamışam. Nə bir, nə ikinci evliliyimdə böyük problem yaşamışam. Hər şey əladır. Üçüncü evliliyimi etdim, əminəm ki, bu son olacaq".

Qeyd edək ki, bu, Rəvan Qarayevin üçüncü, Səbinə xanımın isə ikinci evliliyidir. Rəvanın əvvəlki nikahlardan 2, Səbinənin isə 1 qız övladı var. (Axşam.az)

Bizə qoşulun