Məşhur amerikalı reper Kanye Uest İstanbuldakı konserti tamaşaçı sayına görə yeni rekord qırıb.
Bu barədə Kanye Vest özü konsertdə deyib.
“Sizə bunu demək istəyirəm: 118.000 nəfərlə bütün zamanların ən yüksək stadion tamaşası rekordunu qırdıq. Təşəkkür edirəm”, - o bildirib.
Qeyd edək ki, reperin konserti dünən İstanbulda Atatürk Olimpiya Stadionunda baş tutub./axar.az