Türkiyənin tanınmış geoloqu və alimı Celal Şengör qatıldığı televiziya proqramında verdiyi kilolarla diqqət çəkib.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, alimin son görünüşü həm aparıcının, həm də tamaşaçıların marağına səbəb olub.
Məlumata görə, Fatih Altaylının proqramına qonaq olan Celal Şengör son aylarda ümumilikdə 50 kiloqram çəki itirdiyini açıqlayıb. Proqramın əvvəlində Altaylı dostuna zarafatla müraciət edərək, “Hamının sevdiyi köhnə kök, yeni arıq Celal Şengör buradadır. Bilirsiniz ki, karizmanızın 50 faizini itirmisiniz?” deyib.
Şengör isə buna gülümsəyərək, cavab verib.
Söhbət zamanı alim daha əvvəl istifadə etdiyi arıqlama iynələrinin köməyi ilə 50 kiloqram çəki atdığını bildirib. Bu açıqlamadan sonra Fatih Altaylı dostuna daha artıq arıqlamamağı tövsiyə edib.
“Artıq bəsdir. Bu dərmanları uzunmüddətli istifadə etmək düzgün deyil. Bəli, piylənmənin yaratdığı riskləri azaldırlar, amma özlərinin də müəyyən riskləri var. Bunlar zaman keçdikcə daha yaxşı başa düşülür. Tədricən dayandırıb, qidalanmaya nəzarət etməklə çəkimizi qorumalıyıq”, - deyə Altaylı bildirib.
Celal Şengör isə aparıcının fikirlərinə cavab olaraq istifadə etdiyi arıqlama iynəsini mərhələli şəkildə tərgitməyə başladığını vurğulayıb.
Qeyd edək ki, son dövrlər arıqlama məqsədilə istifadə olunan preparatlar dünyada geniş yayılıb. Bununla belə, mütəxəssislər həmin vasitələrin yalnız həkim nəzarəti altında qəbul edilməsinin vacibliyini bildirirlər.