Medianews.az
Oskanyandan illər sonra gələn
78 baxış

Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI

Robert Köçəryanın prezidentliyi dövründə Ermənistan və Azərbaycan arasında hərbi sahədə balanssızlıq olduğu iddiaları yalandır.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Köçəryanın hakimiyyəti illərində 10 il ərzində Ermənistanın Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Vardan Oskanyan canlı yayımda verdiyi açıqlamada bildirib.

"Tam məsuliyyətimlə deyə bilərəm ki, bu iddialar tamamilə yalandır. Bu rəqəmləri kimin dövriyyəyə buraxdığını bilmirəm, lakin mən bu məsələyə olduqca yaxşı bələdəm", - deyə keçmiş nazir vurğulayıb.

V. Oskanyan xatırladıb ki, həmin dövrdə Ermənistanın 1992-ci ildə qoşulduğu Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQHM) qüvvədə idi. Bu sənəd həm Ermənistan, həm də Azərbaycan üçün əsas silah növləri - tanklar, artilleriya, zirehli texnika və aviasiya üzrə dəqiq kvotalar müəyyən edirdi və ATƏT-in təftiş qrupu bu balansın qorunmasına ciddi nəzarət edirdi.

Bununla belə, Oskanyan xüsusi olaraq qeyd edib ki, rəsmi hesabatlardakı göstəricilər Qarabağda yerləşdirilmiş silah-sursatları əhatə etmirdi, halbuki Ermənistan hərbi texnikasının və zirehli maşınlarının mühüm bir hissəsi məhz həmin ərazilərdə cəmləşmişdi.

Bizə qoşulun