Medianews.az
Putin yaşamaq üçün 26 milyard dollardan vaz keçdi -
119 baxış

Putin yaşamaq üçün 26 milyard dollardan vaz keçdi - Qızı ilə birlikdə…

Rusiya hökuməti qocalmanın qarşısını almaq və insan ömrünü uzatmaq məqsədilə 26 milyard dollarlıq genişmiqyaslı layihə üzərində işləyir.

Medianews.az xəbər verir ki, bunu ABŞ-nin “Wall Street Journal” nəşri yazıb.

Layihənin elmi istiqamətlərinə nəzarət edən şəxslər arasında Rusiya Prezidenti Vladimir Putinin qızı Mariya Vorontsova da yer alır.

Məlumata görə, proqram çərçivəsində gen terapiyaları, biomətbəə texnologiyaları, süni toxuma istehsalı və heyvanlarda insan orqanlarının yetişdirilməsi kimi sahələrdə tədqiqatlar aparılır. Layihənin əsas məqsədi qocalma prosesini ləngitmək, insanların daha sağlam və uzun ömür sürməsinə şərait yaratmaqdır.

Rusiya alimləri üçölçülü (3D) printerlər vasitəsilə canlı toxuma istehsalı istiqamətində müəyyən nəticələr əldə etdiklərini bildirirlər. Həmçinin 2030-cu ilə qədər orqan transplantasiyası və süni orqan texnologiyalarının inkişaf etdirilməsi hədəflənir.

Diqqətçəkən məqamlardan biri də hüceyrələrin qocalmasını ləngidə biləcək gen müalicələri üzərində işlərin aparılmasıdır. Rusiya hökuməti bu istiqamətdə araşdırmaların davam etdiyini açıqlayıb.

Bununla belə, layihə elmi dairələrdə birmənalı qarşılanmır. Bir sıra ekspertlər Kreml tərəfindən maliyyələşdirilən tədqiqatların əhəmiyyətli hissəsinin beynəlxalq elmi jurnallarda təsdiqlənmiş və dərc olunmuş nəticələrinin olmadığını qeyd edirlər.

Qeyd edək ki, Rusiyada kişilərin orta ömür uzunluğu təxminən 68 il təşkil edir. Bu səbəbdən bəzi mütəxəssislər uzunömürlülük texnologiyalarına yönələn böyük investisiyalar fonunda ölkədə mövcud səhiyyə və demoqrafik problemlərin də diqqətdən kənarda qalmamalı olduğunu vurğulayırlar.(Yenisabah.az)

Bizə qoşulun