Medianews.az
Tramp gülləkeçirməz jilet geyinmək istəmir
121 baxış

Tramp gülləkeçirməz jilet geyinmək istəmir

ABŞ prezidenti Donald Tramp bir neçə sui-qəsd cəhdinə baxmayaraq, estetik səbəblərə görə gülləkeçirməz jilet geyinmək istəmir.

Medianews.az-ın məlumatına görə, Tramp jurnalistlərə “daha ağır görünmək istəmədiyini” bildirib və jileti yalnız istəmədən geyinə biləcəyini deyib.

Bununla bərabər Donald Tramp gülləkeçirməz jiletlərin effektiv olduğunu vurğulayıb. O, bugünlərdə Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının təşkil etdiyi şam yeməyinə silahlı basqın edən Koul Tomas Allenin nişan aldığı mühafizəçinin məhz gülləkeçirməz jilet sayəsində ciddi xəsarət almadığını yada salıb.

Medianews.az

Bizə qoşulun