Medianews.az
Şöhrətdən küçələrə: keçmiş modelin acı taleyi -
147 baxış

Şöhrətdən küçələrə: keçmiş modelin acı taleyi - FOTOLAR

2000-ci illərdə şöhrəti və sərvəti ilə tanınan model Loni Villison şəxsi problemlər və narkotik asılılıq səbəbilə həyatı puç olub.

 Medianews.az xəbər verir ki, o, 2018-ci ildən bəri Los-Anceles küçələrində yaşayır.

Villison “Baywatch” serialının ulduzu Ceremi Cekson ilə evliliyinin 2014-cü ildə qalmaqallı şəkildə bitməsindən sonra psixoloji problemlər yaşamağa başlayıb. Paranoiya və asılılıq, xüsusilə metamfetamin istifadəsi onun həm görünüşünə, həm də həyatına ağır təsir göstərib. 2016-cı ildə işini, evini və bütün maddi imkanlarını itirib.

Keçmiş model hazırda cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayır, gündəlik ehtiyaclarını zibil qutularından topladığı qidalarla qarşılayır.

Onun təklif olunan yardımları qəbul etmədiyi bildirilir. Villisonun vəziyyəti asılılıq və psixoloji problemlərin insan həyatına ciddi təsirini bir daha göstərir.

Medianews.az

Bizə qoşulun