Medianews.az
Tramp hər gün bu mövzuda videoya baxır
125 baxış

Tramp hər gün bu mövzuda videoya baxır

ABŞ prezidenti Donald Tramp İranla müharibənin gedişi barədə informasiyaları həm də qısa videoçarxlar vasitəsilə alır.

Medianews.az bildirir ki, xəbəri ABŞ-nin NBC kanalı yayıb.

Kanalın məlumatına görə, amerikalı rəsmilər hər gün Donald Trampa İrandakı hədəflərə endirilən “uğurlu zərbələrin” görüntülərindən ibarət qısa videolar təqdim edirlər.

Telekanalın qeyd etdiyi kimi, ABŞ prezidenti müharibə barədə məlumatları həm də digər kanallardan - hərbçilərlə, kəşfiyyat nümayəndələri ilə və əcnəbi liderlərlə söhbətlərdən alır, habelə KİV-i izləyir.

Amma ABŞ-nin bəzi müttəfiqləri ehtiyat edirlər ki, videoçarxlar Trampda baş verənlər haqda yarımçıq təsəvvür formalaşdıra bilər.

NBC-nin məlumatına görə, bu çarxlar həmçinin Trampın ABŞ hərbçilərinin fəaliyyətinin mediada işıqlandırılma tərzindən narazılığını artırır. Telekanal qeyd edir ki, ona məruzə edilən “uğurlara” baxandan sonra prezident öz administrasiyandan niyə ictimai rəyə daha effektiv təsir göstərə bilmədikləri barədə suallar verir.

Medianews.az

Bizə qoşulun