ABŞ prezidenti Donald Tramp Tehranın xoş niyyətinin göstəricisi olaraq Vaşinqtona səkkiz tanker neft vəd etdiyini bildirib.
Medianews.az APA-ya istinadla xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Onlar dedilər: “Sizə əlaqələrə ciddi yanaşdığımızı göstərmək üçün səkkiz tanker neft verəcəyik”. Bu, iki gün əvvəl baş vermişdi" - Tramp vurğulayıb.