Türkiyəli futbolçu Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı qeyri-müəyyənliyə son qoyulub.
Medianews.az xəbər verir ki, o, karyerasını İtaliyanın “İnter” klubunda davam etdirmək qərarı verib.
Yay və qış transfer dövrlərində adı tez-tez “Qalatasaray”la hallanan təcrübəli yarımmüdafiəçi baş məşqçi Kristian Kivunun israrından sonra komandada qalmağa üstünlük verib.
“İnter”lə müqaviləsinin bitməsinə bir il qalan Çalhanoğlunun yaxın vaxtlarda yeni müqavilə imzalayacağı gözlənilir.
32 yaşlı futbolçu cari mövsümdə 29 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Medianews.az