Türkiyə Səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Medianews.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib.
“Həm kədəri, həm də sevinci bölüşdüyümüz qardaş xalqımız Azərbaycanın Müstəqillik Gününü ürəkdən qeyd edirik. Ortaq tariximizə, möhkəm qardaşlığımıza və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq "bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi daha da inkişaf etdirməyə davam edəcəyik. Müstəqillik Gününüz mübarək!”, - paylaşımda qeyd edilib.//Bakıvaxtı.az
28.05.2026, 09:20
210
baxış
Lamiyə