Medianews.az
Uruqvay millisini itlə yoxladılar -
98 baxış

Uruqvay millisini itlə yoxladılar - VİDEO

Uruqvay millisi 2026-cı il dünya çempionatında ilk oyunundan əvvəl ABŞ-də ciddi təhlükəsizlik yoxlaması ilə üzləşib.

Medianews.az xəbər verir ki, futbolçular sıraya düzülərək bütün baqajlarını yerə qoymağa məcbur ediliblər. Daha sonra polis əməkdaşları və xüsusi təlim keçmiş axtarış iti komandanın əşyalarını yoxlayıb.

Bundan əlavə, Uruqvay yığmasının ABŞ-yə uçuşu da bir neçə saat gecikib. Komanda rəsmiləri hesab edir ki, bu, FİFA-nın Meksikadan uçuş üçün dərhal icazə istəməməsi ilə bağlıdır.

Qeyd edək ki, Uruqvay millisi dünya çempionatının H qrupunda ilk oyununda Səudiyyə Ərəbistanı ilə 1:1 hesablı heç-heçə edib. Komanda qrup mərhələsində növbəti oyunlarını iyunun 22-də Kabo-Verdeyə, iyunun 27-də isə İspaniyaya qarşı keçirəcək.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunur.

Medianews.az

Bizə qoşulun