Medianews.az
Yarasa uşağı
103 baxış

Yarasa uşağı quduzluğa yoluxdurdu

Kanadada üzünə yarasa qonan 11 yaşlı uşaq quduzluğa yoluxaraq dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, hadisə Şimali Ontarioda, uşaq yuxuda olarkən baş verib. 

Yarasa uşağın üzünə qonduqdan sonra ailəsi onun bədənində heç bir dişləmə izi və ya qan görmədiyi üçün həkimə müraciət etməyib. Lakin 19 gün sonra uşaqda üz keyiməsi və şiddətli qusma kimi simptomlar başlayıb.

Məlum olub ki, quduzluq virusu artıq uşağın sinir sistemini tamamilə iflic edib. İki həftəlik intensiv müalicəyə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Bu, Ontarioda 1967-ci ildən bəri qeydə alınan ilk quduzluq hadisəsidir.

Uşağın müalicəsində iştirak edən infeksionist həkim Brayan Hammel xəbərdarlıq edib ki, yarasaların dişləmə izləri mikroskopik olur və gözlə görünmür. Bu səbəbdən yarasa ilə hər hansı bir birbaşa təmas zamanı dərhal tibbi profilaktikaya (quduzluq əleyhinə vaksinasiyaya) başlamaq lazımdır.

Medianews.az

Bizə qoşulun