Medianews.az
Uzunömürlülərin
79 baxış

Uzunömürlülərin həyat tərzi

Kardioloq Natalya Aqapova uzunömürlülüyün əsas sirlərini açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, sağlam və uzun həyat üçün ilk növbədə müntəzəm, lakin ölçülü fiziki aktivlik vacibdir.

Mütəxəssis bildirib ki, sürətli gəzinti, velosiped sürmək və ya qaçış kimi fəaliyyətlər sağlamlığı qorumağa kömək edir. Bununla yanaşı, həddindən artıq ağır məşqlərə və sərt pəhrizlərə ehtiyac yoxdur.

Həkim uzunömürlülüyün ikinci vacib amili kimi keyfiyyətli yuxunu göstərib. Onun sözlərinə görə, gecə ərzində 7-8 saat fasiləsiz yuxu həm beyin, həm də ürək-damar sistemi üçün mühüm əhəmiyyət daşıyır.

Üçüncü amil isə sağlam qidalanmadır. Aqapova emal olunmamış qidalara, xüsusilə təzə tərəvəzlərə üstünlük verilməsini, əlavə şəkər və konservantlarla zəngin məhsullardan isə uzaq durmağı tövsiyə edib.

Mütəxəssisin fikrincə, bu sadə vərdişlər uzun və sağlam ömür sürmək şansını artırır.

Medianews.az

Bizə qoşulun