Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni təyinat olub.
Medianews.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Ramiz oğlu Əyyubov adıçəkilən kollecin tədris işləri üzrə direktor müavini təyin edilib. Həmin vəzifə uzun müddətdir boş idi.
Qeyd edək ki, V.Əyyubov bundan öncə Qazax Dövlət Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib.//Ölkə.az