Medianews.az
Mahmudovun sərvəti
134 baxış

Mahmudovun sərvəti 8,6 milyard dollara çatdı

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin əvvəlindən bəri 4,82 milyard dollar artıb.

Bu barədə “Blumberq” məlumat yayıb.

“İlin əvvəlindən etibarən sərvətini ən çox artıran şəxs “Severstal”ın təsisçisi Aleksey Mordaşov olub, onun sərvəti 2,29 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. Növbəti sıralarda “Novatek”in rəhbəri Leonid Mixelson (1,8 milyard dollar artımla 25,5 milyard dollar), “EuroChem” və SUEK-in təsisçisi Andrey Melniçenko (1,71 milyard dollar artımla 20,6 milyard dollar), Gennadi Timçenko (1,15 milyard dollar artımla 15,4 milyard dollar) və UGMK-nin təsisçisi İsgəndər Mahmudov (719 milyon dollar artımla 8,6 milyard dollar) qərarlaşıb”, - məlumatda deyilib./axar.az

Bizə qoşulun