İran donanması döyüşə hazırdır.
Medianews.az APA-ya istinadla bildirir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Ordu Günü münasibətilə təbrikində deyilir.
Xameneinin sözlərinə görə, “İran ordusu əvvəlki illərdə olduğu kimi, bu gün də ölkənin torpağını, suverenliyini və bayrağını cəsarətlə müdafiə edir”.
O, İran ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Xamenei əlavə edib ki, yaxın gələcəkdə bu istiqamətdə lazımi addımlar atılacaq.