Medianews.az
Xameneinin iqamətgahı necə izlənib? -
67 baxış

Xameneinin iqamətgahı necə izlənib? - Mossadın gizli əməliyyatının DETALLARI

İsrail kəşfiyyat xidməti Mossadın İranın ali dini lideri Əli Xameneiyə qarşı həyata keçirilən əməliyyatdan əvvəl genişmiqyaslı kiber müdaxilə etdiyi iddia olunur.

Medianews.az xəbər verir ki, "Financial Times" qəzetində yayılan məlumata görə, əməliyyatdan əvvəl Xameneinin iqamətgahının yerləşdiyi ərazidəki təhlükəsizlik və nəqliyyat infrastrukturu hədəf alınıb.

Bildirilir ki, İsrail kəşfiyyatı ətrafdakı yol hərəkəti kameralarına sızaraq bölgədəki fəaliyyətləri real vaxt rejimində izləyə bilib.

İddialara əsasən, həmin kameralar vasitəsilə əraziyə daxil olan nəqliyyat vasitələrinin və təhlükəsizlik qüvvələrinin hərəkəti izlənilib.

Məlumatda həmçinin qeyd olunur ki, hücumdan təxminən 30 dəqiqə əvvəl İranın rabitə infrastrukturu da kiber müdaxiləyə məruz qalıb. İddia edilir ki, telefon qüllələrinə sızılaraq bölgədə rabitə qəsdən pozulub və bununla da İran rəsmilərinin kəşfiyyat məlumatı almasına maneə yaradılıb.

Ekspertlərin fikrincə, belə müdaxilənin məqsədi əməliyyat zamanı İran təhlükəsizlik qüvvələrinin koordinasiyasını zəiflətmək və kəşfiyyat axınını kəsmək olub.

Qeyd edək ki, məsələ ilə bağlı İran rəsmiləri rəsmi açıqlama verməyib. İsrail tərəfi də iddialara münasibət bildirməyib. Bununla belə, analitiklər regionda kiberkəşfiyyat əməliyyatlarının son illərdə hərbi və siyasi qarşıdurmalarda mühüm rol oynadığını vurğulayırlar.

Medianews.az 

Bizə qoşulun