Medianews.az
Yeni funksiya müzakirələrə səbəb oldu:
137 baxış

Yeni funksiya müzakirələrə səbəb oldu: "ChatGPT" yaxın şəxslərə bildiriş göndərəcək

"OpenAI" "ChatGPT"yə yeni təhlükəsizlik funksiyası əlavə edib. Artıq yetkin istifadəçilər "etibar etdikləri şəxsi" seçə biləcəklər.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, süni intellekt sistemi və ya "xüsusi təlim keçmiş mütəxəssislər" istifadəçinin təhlükəli məzmunlu söhbətlər apardığını müəyyən edərsə, seçilmiş şəxsə bildiriş göndəriləcək.

18 yaşdan yuxarı istifadəçilər "ChatGPT" ayarlarına daxil olaraq "etibarlı əlaqə" kimi başqa bir yetkin şəxsi seçə və onun telefon nömrəsini və ya elektron poçt ünvanını qeyd edə bilərlər. Həmin şəxsə dəvət göndərilir və o, bir həftə ərzində bu təklifi qəbul edə bilər. Əgər razılıq verməzsə, istifadəçi başqa şəxsi seçə bilər.

Bundan sonra sistem "narahatedici" söhbətləri izləməyə başlayır. Potensial təhlükə aşkar olunarsa, "ChatGPT" əvvəlcə istifadəçinin özünə yaxın şəxsinə xəbərdarlıq göndərə biləcəyini bildirir və "səmimi söhbət" üçün nümunə ifadələr təklif edir.

Bildiriş elektron poçt, SMS və ya tətbiq vasitəsilə göndərilir. Mesajda yazışmaların məzmunu paylaşılmır, yalnız ümumi səbəb göstərilir və həmin şəxslə əlaqə saxlamaq tövsiyə olunur.

Bizə qoşulun