Medianews.az
Yevlaxda mikroavtobus aşdı,
180 baxış

Yevlaxda mikroavtobus aşdı, 20-yə yaxın yaralı var

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun