Medianews.az
 Yolda 7 parçalanmış cəsəd tapıldı –
94 baxış
Yüklə

 Yolda 7 parçalanmış cəsəd tapıldı – Bu ölkədə

Meksikanın Gerrero ştatında polis yolda 7 nəfərə aid parçalanmış cəsəd aşkarlayıb.

Medianews.az xəbər verir ki, hadisə martın 31-i, Montanya dağlıq bölgəsində, Tlalpa–Olinala magistralında baş verib. Şahidlərin sözlərinə görə, silahlı şəxslər qalıqları maşından düşürüb qaçıblar.

Prokurorluq əməkdaşları ərazidə cəsəd parçaları ilə yanaşı, onların daşınması üçün istifadə olunduğu ehtimal edilən plastik və metal qablar da tapıblar.

Gerrero uzun illərdir narkotik kartellərinin mübarizəsi səbəbindən Meksikanın ən təhlükəli bölgələrindən biri sayılır. Hüquq müdafiəçilərinin məlumatına görə, burada ən azı 16 cinayətkar qrup fəaliyyət göstərir.

Hazırda istintaq davam edir.

Medianews.az

Bizə qoşulun