Medianews.az
Zirəddinə yalvardı: "Kömək elə, müəllim olum, Bakıya düşüm" -
77 baxış

Zirəddinə yalvardı: "Kömək elə, müəllim olum, Bakıya düşüm" - ŞOK VİDEO

Sosial şəbəkələrin Azərbaycan seqmentində ekstrasens Zirəddin Rzayevin canlı yayımından yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Videoda müəllim olmaq istəyən gənc xanım canlı yayım zamanı Zirəddin Rzayevə müraciət edərək işlə bağlı gələcəyini soruşur. İddialara görə, ali təhsilini müəllimlik ixtisası üzrə başa vurmuş və müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş xanım hələ də arzuladığı iş yerinə təyinat ala bilməyib.

Canlı yayım zamanı Zirəddin Rzayev gənc xanımdan harada işləmək istədiyini soruşur. Xanım Bakıda müəllim kimi fəaliyyət göstərmək arzusunda olduğunu bildirir. Bir qədər düşündükdən sonra ekstrasens “Bakını görə bilmirəm” deyərək onun rayonlardan birində işə düzələ biləcəyini ehtimal etdiyini söyləyir.

Bunun ardınca müəllim olmaq istəyən xanım Ağdam variantını səsləndirir və həmin rayona təyinat alma ehtimalını soruşur. Zirəddin Rzayev isə təbəssümlə “Ağdam mümkündür, ola bilər” cavabını verir.

Məhz bu dialoq sosial şəbəkələrdə geniş rezonans doğurub.

İzləyicilərin bir hissəsi məsələyə yumorla yanaşsa da, çoxsaylı istifadəçilər hadisəni narahatedici tendensiya kimi qiymətləndiriblər. Şərhlərdə əsas müzakirə mövzusu ekstrasensin fəaliyyəti deyil, müəllim olmaq istəyən bir şəxsin peşə taleyini və gələcəyini ekstrasensdən soruşması olub.

Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, müəllim peşəsi məntiq, elm, bilik və analitik düşüncə üzərində qurulmalıdır. Bu baxımdan bəzi izləyicilər gələcəkdə məktəbdə dərs deməyə hazırlaşan bir şəxsin karyera planlarını ekstrasens məsləhətləri üzərində qurmağa çalışmasını tənqid ediblər.

Digər istifadəçilər isə bildirirlər ki, problem Zirəddin Rzayevdə deyil. Onların fikrincə, əsas məsələ insanların ən sadə həyat qərarlarını belə ekstrasenslərin üzərinə qoymağa çalışmasıdır. Məhz buna görə videonun qısa müddətdə minlərlə baxış topladığı və geniş müzakirə yaratdığı qeyd olunur.

Bəzi sosial şəbəkə istifadəçiləri hətta daha sərt mövqe sərgiləyərək, gələcək müəllimlərin elmə və rasional düşüncəyə əsaslanan qərarlar verməli olduqlarını, peşə taleyini ekstrasens proqnozlarına bağlamağın isə ciddi suallar doğurduğunu bildiriblər. Onlar yazırlar ki, belə bir ağıl sahibi uşaqlara nə öyrədəcək, təhsildə necə effektli olacaq?

Həmin görüntüləri təqdim etməklə yanaşı, müzakirənin nəticəsini və qiymətləndirməni oxucuların ixtiyarına buraxır.

Dosye

Zirəddin Telman oğlu Rzayev

Doğum tarixi: 10 noyabr 1981
Doğum yeri: Şəmkir, Azərbaycan
* Peşəsi: ekstrasens
* 2008-ci ildə Rusiyada yayımlanan “Ekstrasenslərin döyüşü” televiziya layihəsinin 6-cı mövsümünün finalçısı olub
* Hazırda əsas fəaliyyətini Moskva şəhərində yerləşən “Liniya Jizni” şəfa mərkəzində davam etdirir
* Müxtəlif illərdə mediada yayılan məlumatlara görə, fərdi qəbul və məsləhət xidmətlərinin qiyməti saatına təxminən 1000 ABŞ dolları təşkil edir
* İxtisasca kinoloqdur
* Moskvadakı şəxsi it təsərrüfatında Türkiyədən gətirilmiş qanqal cinsli itlər yetişdirdiyi bildirilir
* Məlumatlara görə, bəzi qanqal küçüklərini 10 min ABŞ dollarına qədər qiymətlərlə satır
* Evlidir, üç uşaq atasıdır\\musavat.com

Bizə qoşulun