Medianews.az
13 yaşlı rusiyalı idmançı Azərbaycan pasportu aldı
89 baxış

13 yaşlı rusiyalı idmançı Azərbaycan pasportu aldı

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun həyat yoldaşı, prodüser Yana Rudkovskaya oğulları, fiqurlu konkisürən 13 yaşlı Aleksandr Plyuşenkonun Azərbaycan pasportu aldığını təsdiqləyib.

O, jurnalistlərin suallarını cavablandırarkən bildirib:

“Saşa Plyuşenko yeni qaydalar qüvvəyə minməzdən əvvəl beş il müddətinə Azərbaycan pasportu alıb. Bu, idman vətəndaşlığıdır. Niyə məhz beş il? Çünki beş il başa çatdıqdan sonra Saşa yeniyetmələr kateqoriyasından böyüklər kateqoriyasına keçəcək. Bu, 2031-ci ildə baş verəcək. Saşa 2030-cu il Olimpiadasında iştirak edə bilməyəcək, çünki hələ çox kiçikdir”.

Mayın 21-də mediada Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, o, növbəti beş il ərzində Azərbaycanı təmsil edəcək.

Qeyd olunur ki, Aleksandr rəsmi turnirlərdə çox az iştirak edib. 2025-ci il yanvarın 25-də o, öz yaş və kateqoriyası üzrə yeganə iştirakçı olduğu yarışda qalib gəlib. Birinci idman dərəcəsi üzrə oğlanlar arasında mübarizə aparan fiqurlu konkisürən iki proqramın yekununa əsasən 160,69 xal toplayıb.

2025-ci ilin fevral ayının sonunda isə o, S.A. Juk Memorialı çərçivəsində keçirilən Rusiya birinciliyində 18-ci yeri tutub./Musavat.com

Bizə qoşulun