Medianews.az
İranda ard-arda zəlzələlər
145 baxış

İranda ard-arda zəlzələlər

Bu gün Tehranın şərqində yerləşən Pardis şəhərində iki dəqiqəlik fasilə ilə iki zəlzələ qeydə alınıb.

Bu barədə "Mehr News" məlumat yayıb.

Seysmoloji məlumatlara görə, ilk zəlzələ saat 12:21-də Rixter cədvəli üzrə 2,6 bal gücündə baş verib. Yeraltı təkanın ocağı 9 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ isə saat 12:23-də 2,9 bal gücündə qeydə alınıb. Bu zəlzələnin episentri isə 7 kilometr dərinlikdə olub.

Hər iki zəlzələ nisbətən zəif qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib./Modern.az

Bizə qoşulun