Medianews.az
3 ay ərzində avtoqəzalarda
108 baxış

3 ay ərzində avtoqəzalarda ölənlərin SAYI

Bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb.

Medianews.az xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclasında deyib.

O bildirib ki, ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb.

Eyni zamanda yol-nəqliyyat hadisələrinin sayı 15 fakt, qəzalarda ölənlərin sayı 9 nəfər, xəsarət alanların sayı 44 nəfər az olub.//Bakıvaxtı.az 

Bizə qoşulun