Yusuf Güney 33 gün həbsdə saxlanıldıqdan sonra ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.
Medianews.az xəbər verir ki, müğənni ilk açıqlamasını verib.
O aprel ayında iştirak etdiyi bir proqramda “Ayahuasca” adlı maddə tərkibli içki ilə bağlı açıqlamalarına görə araşdırmaya cəlb olunmuşdu.
İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində onun saç analizində narkotik maddə izinə rast gəlinib, qan analizində isə nəticə mənfi olub.
9 aprel 2026-cı ildə həbs edilən Güney 33 gün sonra, 12 mayda ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.
Azadlığa çıxan müğənni sosial şəbəkə hesabında paylaşım edərək vəziyyətinin yaxşı olduğunu bildirib və “Hər şərdə bir xeyir var” ifadəsini işlədib.
Onun açıqlamaları qısa zamanda sosial mediada geniş müzakirə olunub.
Medianews.az