Medianews.az
Uşaqlarda burun əti böyüməsi təhlükəsi:
133 baxış

Uşaqlarda burun əti böyüməsi təhlükəsi: həkimdən vacib xəbərdarlıq

Uşaqlarda burun əti böyüməsi (adenoid) ciddi sağlamlıq və inkişaf problemlərinə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, bununla bağlı türkiyəli qulaq-burun-boğaz mütəxəssisi professor Ömər Faruq Çalım danışıb.

Həkim qeyd edib ki, xüsusilə 2–7 yaş aralığında daha çox rast gəlinən bu vəziyyət ağızdan nəfəsalma, xoruldama və tez-tez qulaq-burun infeksiyaları ilə özünü göstərir. Müalicə olunmadıqda yuxu keyfiyyətinin pozulması, böyümə geriliyi kimi nəticələr yarada bilər.

Adenoid immun sisteminin bir hissəsidir, lakin allergiya, tez-tez infeksiyalar və digər faktorlar səbəbindən normadan artıq böyüyə bilər. Bu isə tənəffüs yollarının daralmasına və hətta yuxu apnesinə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, diaqnoz klinik müayinə və endoskopik üsullarla qoyulur, lazım olduqda orta qulaq funksiyaları da yoxlanılır.

Müalicə mümkün olduqda cərrahi müdaxilə ilə aparılır və əməliyyat adətən qısa müddətdə, təhlükəsiz şəkildə həyata keçirilir. Uşaqlar isə qısa zamanda normal həyatlarına qayıda bilirlər.

Medianews.az

Bizə qoşulun