Medianews.az
Daha bir kruiz gəmisində
108 baxış

Daha bir kruiz gəmisində yoluxucu virus aşkarlanıb

Dünya miqyasında hantavirusla bağlı narahatlığın yüksək olduğu dövrdə yeni bir virus ortaya çıxıb. 

Medianews.az xəbər verir ki, ABŞ mərkəzli nəhəng kruiz gəmisində norovirus panikası yaranıb.

Belə ki, hazırda Fransanın Bordo şəhərində olan gəmidə 1700-dən çox insan karantinə alınıb.

Mədə-bağırsaq sisteminə təsir edən norovirusun yoluxuculuq riskinin yüksək olması səbəbindən gəmidə geniş tədbirlər görüldüyü məlum olub. Norovirus ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi simptomlara səbəb olan yoluxucu bir virus kimi tanınır.

Xatırladaq ki, daha əvvəl Atlantik okeanında kruiz gəmisində hantavirus epidemiyasının aşkarlandığı və nəticədə bir neçə nəfərin öldüyü bildirilmişdi.  Virus İsrail, İsçveç də daxil olmaqla bir neçə ölkədə müşahidə edilib.//Bakues.az

Bizə qoşulun