NBA-də 13 mövsüm çıxış etmiş keçmiş basketbolçu Ceyson Kollins 47 yaşında vəfat edib.
Medianews.az xəbər verir ki, o dördüncü mərhələ beyin şişi (qlioblastoma) ilə uzun müddət mübarizə aparırdı.
Ailəsinin açıqlamasına görə, Kollins son 8 ay ərzində ağır beyin şişi ilə müalicə alırdı. O, 2025-ci ilin dekabrında xəstəliyini ictimaiyyətə açıqlamışdı.
NBA rəsmiləri onun vəfatından dərin kədər duyduqlarını bildiriblər. Liqa rəhbəri Adam Silver qeyd edib ki, Ceyson Kollins təkcə idman karyerası ilə deyil, həm də cəmiyyətə verdiyi töhfələrlə yadda qalacaq və daha inklüziv idman mühitinin formalaşmasına təsir göstərib.
Kollins NBA tarixində homoseksual olduğunu açıq şəkildə elan edən ilk basketbolçu kimi də tanınırdı.
Medianews.az