Medianews.az
41 milyona aldılar,
86 baxış

41 milyona aldılar, peşman oldular

Türkiyənin "Fənərbağça" klubunda sular yenə bulanıb. İstanbul təmsilçisinin doğma meydanda İngiltərənin "Nottinqem Forest' komandasına 0:3 hesabı ilə məğlub olması rəhbərliyi və məşqçi heyətini hədəf taxtasına çıxarıb.

Medianews.az xəbər verir ki, "Fənerbagça" rəhbərliyi qış transfer pəncərəsi dövründə verdiyi səhv qərarlara görə sərt tənqid olunur. Türkiyənin tanınmış futbol mütəxəssisləri fransız ulduz NGolo Kantenin transferini "səhv qərar" adlandırırlar.

Ekspertlər 35 yaşlı futbolçu üçün 41,9 milyon avro vəsait xərclənməsini "axmaqlıq" hesab edilər.

Qeyd edək ki, fevralın 6-da "Fənərbağca"ya transfer olan Kante öz zəif oyunu ilə azarkeşləri məyus edib. Ötən müddət ərzində "Fənərbağça" forması ilə 3 dəfə meydana çıxan qaradərili ulduz rəqib qapısına cəmi bir zərbə endirə bilib. O, 3 oyunda nəinki qol vurmayıb, hətta qol ötürməsi ilə də yadda qalmayıb.

Kante meydana çıxdığı oyunlarda ən çox top itirən "Fənərbağça"lı futbolçu olub.

Bizə qoşulun