Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
Medianews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.
Belə ki, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.
Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.
Faktla bağlı araşdırma aparılır.