Medianews.az
Yol üstündə mübahisə etdilər, silah çəkdi -
56 baxış

Yol üstündə mübahisə etdilər, silah çəkdi - ANBAAN VİDEO

İstanbulun Ümraniye rayonunda yol hüququ ilə bağlı yaranan mübahisə silahlı insidentlə nəticələnib.

Medianews.az xəbər verir ki, avtomobil sürücüsü motosikletçi ilə mübahisə zamanı silah çıxararaq onu hədələyib.

Hadisə mobil telefon kamerası ilə qeydə alınıb.

Polis qruplarının apardığı araşdırma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı Ö.A. qısa müddətdə saxlanılaraq nəzarətə götürülüb. Onun lisenziyalı odlu silahı da müsadirə edilib.

Bildirilib ki, saxlanılan şəxs barəsində “təhdid” maddəsi ilə araşdırma aparılır və o, polis bölməsindəki prosedurlar tamamlandıqdan sonra məhkəmə orqanlarına təqdim olunacaq. Faktla bağlı istintaq tədbirləri davam edir.

Medianews.az

Bizə qoşulun